Polşanın
Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa
çempionatı başa çatıb. Güləşçilərimiz çempionatda
ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib
olublar.
İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst
güləşçilərimiz 1 qızıl və 1 gümüş medal əldə edib.
Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün
olub və qızıl medal qazanıb. Murad Süleymanov (66 kq)
isə gümüş medalla kifayətlənib. Yığmamız komanda
hesabında 5-ci sırada qərarlaşıb.
Gənc qızlardan ibarət yığma komandamızın üzvləri -
Elmira Qəmbərova (63 kq) gümüş, Türkan Nəsirova (44 kq)
və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal
qazanıblar. Bu nəticə ilə yığmamız komanda hesabında
5-ci yerdə möhkəmlənib.
Çempionatın son iki günündə mübarizəyə qoşulan
yunan-Roma güləşi üzrə oğlanlardan ibarət yığma
komandamızın üzvləri 3 qızıl medal əldə edib. İbrahim
Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam
Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri
kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Ümumilikdə
45 xal toplayan yığmamız komanda hesabında Rusiya və
Gürcüstandan sonra 3-cü olub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |