Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzi
yarışlarda növbəti uğurları ilə fərqlənib.
Qəbələ Rayon İcra Hakimiyyəti ilə "Qəbələ" İdman
Klubunun uşaq və yeniyetmələr arasında təşkil etdiyi
cüdo üzrə açıq turnirdə "Təhsil" Respublika İdman
Mərkəzinin yetirmələri komanda hesabında fəxri kürsünün
ilk pilləsinə çıxıblar. Yerli "Qəbələ" İdman Klubunun
təmsilçiləri medal sayına görə ikinci yerə sahib
olublar. Zaqatala rayonunun komandası isə III yerlə
kifayətlənib. Ümumilikdə, yarışda 187 cüdoçudan ibarət
17 komanda mübarizə aparıb.
Turnirdə "Təhsil" Respublika İdman Mərkəzinin 13-16
yaşlı idmançılarından Murad Abuşov (38 kq), 11-12 yaşlı
uşaqlar arasında Təyyub Abdullayev (27 kq), Nahid
İsmayılov (34 kq), Murat Əlizadə (46 kq), Mətin Rzazadə
(42 kq), 7-10 yaşlılar arasında Nicat Vəliyev (30 kq),
Məhəmməd Hacılı (25 kq), İbrahim Paşayev (+42 kq) I
pillənin sahibi olublar.
www.edu.gov.az |