13-27
iyun tarixlərində Yunanıstanın Kavala şəhərində
məktəblilər arasında şahmatın rapid və blits növü üzrə
dünya, klassik şahmat üzrə isə Avropa çempionatları
keçirilir.
Komandanın rəhbəri beynəlxalq dərəcəli hakim, Azərbaycan
Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədovdan
aldığımız məlumata görə, çempionatda Avropanın 28
ölkəsindən 400-dən artıq gənc və yeniyetmə şahmatçı
mübarizə aparır.
14-16 iyunda rapid üzrə keçirilən dünya çempionatında
Azərbaycan yığma komandası 6 yaş qrupu üzrə oğlan və
qızlardan ibarət 28 şahmatçı ilə təmsil olunub. Onlar
bu yarışda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10
medal qazanıblar.
İsveçrə sistemi üzrə keçirilən çempionat 9 turdan ibarət
olub. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələrindən Aytən
Əmrayeva 16-17 yaş qrupunda I yeri, Nərmin Məmmədova
13-15 yaş qrupunda II, Xanım Balacayeva isə 12-13 yaş
qrupunda II yeri tutmuşlar. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələrindən Kənan Qarayev 12-13
yaş qrupunda I, Vüqar Əsədli II, Əhməd Əhmədzadə 10-11
yaş qrupunda II yerə, Rüstəm Bünyadov 14-15 yaş qrupunda,
Nurtac Heydərli isə 6-7 yaş qrupunda III yerə çıxıb.
Mingəçevir şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirməsi Aysel Səlimova 7 yaşadək qrupda I, Bakı
şəhəri 3 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirməsi Mətin Salamov 8-9 yaş qrupunda II yeri
adlarına yazdırıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |