Xədicə
ƏZİMOVA,
Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin ibtidai
sinif müəllimi
1972-ci ildə Lənkəran şəhərində anadan olub.
1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universitetinin pedaqogika fakültəsini
bitirib. 2010-2011-ci tədris ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamına əsasən 2013-cü ildə "Tərəqqi" medalı
ilə təltif olunub. Həmin il Lənkəran ŞTŞ-nin
Təhsil Şurasında onun qabaqcıl iş təcrübəsinin
rayon müəllimləri arasında yayılması barədə
qərar qəbul edilib. İş təcrübəsinə dair jurnal
və qəzetlərdə çap olunmuş 4 məqalənin
müəllifidir.
Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi
ilə keçirilən bir çox layihələrin, o cümlədən "Addım-addım",
"İntel", "AZETA" layihələrinin və treninqlərinin
iştirakçısı olub.
|
|
Ədalət
BABAYEV,
8Lənkəran
rayonu Çay fabriki qəsəbə tam orta məktəbinin
biologiya müəllimi
1951-ci ildə Lənkəran rayonunun İstisu
qəsəbəsində anadan olub. 1975-ci ildə V.İ.Lenin
adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki
ADPU) biologiya fakültəsini bitirib. 2010-cu
ildə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl
təhsil işçisi" döş nişanı ilə təltif olunub.
2012-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamına müvafiq olaraq "Tərəqqi"
medalına layiq görülüb. Bundan başqa "Metodist
müəllim", "Ali kateqoriyalı müəllim" adları
alan Ə.Babayev müxtəlif qəzet və jurnallarda çap
olunmuş 10 məqalənin müəllifidir.
Yetirmələrindən 3 nəfəri fəlsəfə doktorudur.
Azərbaycan müəllimlərinin XI, XII və XIV
qurultaylarının nümayəndəsi olub. Şagirdləri
dəfələrlə rayon və respublika olimpiadalarında,
bilik yarışlarında qalib gəlib. |
|
Gülzar
ƏLİYEVA,
Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin ibtidai
sinif müəllimi
1973-cü ildə Lənkəran şəhərində anadan olub.
1996-cı ildə M.F.Axundov adına Azərbaycan
Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki
BSU) rus dili və ədəbiyyatı fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2008-2009-cu tədris ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olub. İş
təcrübəsinə dair 5 məqalənin müəllifidir. Təhsil
Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə
keçirilmiş bir çox layihələrin, o cümlədən "Addım-addım",
"AZETA", "Müasir təhsil və İntel", "Gələcək üçün
tədris", "Mimio", "Elektron məktəb"
layihələrində iştirak edib. 2012-ci ildə Rusiya
Federasiyasının Azərbaycan Respublikasındakı
səfirliyi tərəfindən keçirilmiş "İlin ən yaxşı
rus dili müəllimi" müsabiqəsində qalib gəlib.
Azərbaycan müəllimlərinin XIV qurultayının
nümayəndəsi olub. |
|
Rəfail
AĞAYEV,
Lənkəran rayonu Boladı kənd 1 nömrəli tam orta
məktəbin riyaziyyat-fizika müəllimi
1958-ci ildə Lənkəran rayonunun Boladı kəndində
anadan olub. 1984-cü ildə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki
ADPU) riyaziyyat-fizika ixtisası üzrə bitirib. "Fizikadan
düsturlar" və "Ümumi fizika və riyaziyyat
kursunun əsas qanun və düsturları" kitablarının
və bir çox məqalənin müəllifidir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibidir. 2002-ci ildə
keçirilmiş Respublika pedaqoji mühazirələrinin
qalibi olub. 2 yetirməsi fəlsəfə doktorudur.
Azərbaycan müəllimlərinin XIII qurultayının
nümayəndəsi olub. Yetirmələrindən bir çoxu qəbul
imtahanlarında yüksək bal toplayaraq ali
məktəblərə qəbul olunub. |
|
Rövşən AĞAYEV,
Lənkəran rayonu Girdəni kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
1951-ci ildə Lerik rayonunun Züvüc kəndində
anadan olub. 1977-ci ildə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki
ADPU) filologiya fakültəsini bitirib. 1991-ci
ilə qədər Lerik rayonunun Züvüc və Bülüdül kənd
tam orta məktəblərində müəllim və direktor
vəzifələrində işləyib. 1991-ci ildən Lənkəran
rayonu Girdəni kənd tam orta məktəbində çalışır.
2004-cü ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb.
Müxtəlif illərdə yetirmələri fənn
olimpiadalarının rayon və respublika turlarında,
inşa müsabiqələrində yüksək nəticələr əldə edib.
Respublika səviyyəli elmi-praktik konfranslarda
maraqlı mühazirələrlə çıxış edib və diplomlarla
təltif olunub. Azərbaycan müəllimlərinin XI və
XII qurultaylarının nümayəndəsi olub. |
Hazırladı:
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |