İyunun
23-də Ali peşə təhsili üzrə federal dövlət təhsil
müəssisəsi N.P.Oqaryov adına Mordoviya Dövlət
Universitetinin rektoru Serqey Mixayloviç Vdovin, həmin
universitetin rus dili kafedrasının professoru Elvira
Nikolayevna Akimova və biotexnologiya kafedrasının
professoru Davud Aliyeviç Kadimaliyev Bakı Dövlət
Universitetində olublar.
Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov
universitet və onun beynəlxalq əlaqələrindən, üzvü
olduğu qurumlardakı fəaliyyətindən danışıb. Sonda birgə
layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin
və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə
təcrübə mübadiləsi, birgə seminar, konfransların
təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda
birgə iştirak məsələlərini nəzərdə tutan anlaşma
memorandumu imzalanıb.
Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər
Əliyev muzeyi, Rus Mərkəzi, poliklinika, Tədris Elektron
Mərkəzi, elmi laboratoriyalara baxış keçiriblər.
Mətbuat və
informasiya şöbəsi |