Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Bölgələrdə növbəti buraxılış imtahanları keçirilib

 

İyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi məlumata görə, adıçəkilən şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb. Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri üçün imtahan başlanıb və 2 saat ərzində davam edib.

İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan binalarında normal şərait yaradılıb.

Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Yaxın günlərdə nəticələrin elan edilməsi nəzərdə tutulur.   

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov