İyunun 19-da Təhsil Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi, YUNİSEF və BP-nin iştirakı ilə "Təhsil
sahəsində tərəfdaşlar" adlı layihənin təqdimat mərasimi
keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə
hallar naziri Kəmaləddin Heydərov, BP-nin
Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə prezidenti
Qordon Birel, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin
rəhbəri Mark Herevard və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, layihə çərçivəsində yeni, yüksək
effektivliyə malik hərtərəfli, "uşaqların mənafeyini
düşünən" məktəb modelləri hazırlanacaq. Həmin
məktəblərdə erkən dövrdə inkişaf, inklüziv təhsil,
fəlakət riskinin azaldılması, sanitariya və gigiyena
sahələrində müxtəlif nümunəvi modellər hazırlanaraq
sınaqdan keçiriləcəkdir. Həmçinin, yaradılması nəzərdə
tutulan Ailə Təhsil Mərkəzləri vasitəsilə bir sıra
zəruri sosial xidmətlər ailələrə çatdırılacaqdır.
Layihəyə uyğun olaraq, infrastrukturun inkişafı,
kurikulumların ehtiyaclara uyğunlaşdırılması,
normativ-hüquqi bazanın təhlilinin aparılması və digər
zəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulub.
Mərasimin sonunda Təhsil Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi və YUNİSEF arasında "Təhsil sahəsində
tərəfdaşlar" layihəsi çərçivəsind
ə
əməkdaşlığa dair birgə Fəaliyyət Planı imzalanıb.
|