Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Qəbələdə yeniyetmələr arasında cüdo üzrə turnir keçirilib

 

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin və "Qəbələ" İdman Klubunun birgə təşkilatçılığı ilə yeniyetmələr arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə respublika turniri başa çatmışdır.

Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə 15 şəhər və rayondan 17 komandanın tərkibində 200-dək idmançı iştirak etmişdir.

Yarışda 2002-2003 və 2004-2006-cı illər təvəllüdlü oğlanlar və qızlar mübarizə aparmışlar.

Turnirin bağlanış mərasimində çıxış edənlər bölgədə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən idmançılara qayğı və diqqətdən danışmışlar.

Turnirdə qazanılan medalların sayına görə Bakı, Qəbələ, Zaqatala komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülmüşlər.

Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutmuş idmançılara diplom və medallar, birinci yerlərin sahiblərinə kuboklar, komandaların məşqçilərinə isə qiymətli hədiyyələr təqdim edilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov