Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Azərbaycanlı qrossmeysterlər beynəlxalq turnirdə iştirak edirlər

 

Türkiyənin Çeşmə kurort şəhərində şahmat üzrə beynəlxalq open-turnir keçirilir.

1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru Natiq Ələkbərovdan aldığımız məlumata görə, turnirdə Azərbaycan, Türkiyə, Latviya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkmənistan, İordaniya və İraqdan 55 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir.  Azərbaycan idmanının şərəfini qrossmeyster Vüqar Rəsulov (2512), beynəlxalq ustalar Zaur Məmmədov (2453), Kamal Ağasıyev (2401), Misrəddin İsgəndərov (2396), Orxan Abdulov (2336), Nərmin Kazımova (2192) və Kənan Hacıyev (1944) qoruyur.

Çeşmə turnirində 6 turdan sonra 5,5 bal toplamış Azərbaycan nümayəndəsi Vüqar Rəsulov liderlik edir. Bolqarıstanlı Vladimir Petkov liderdən yarım xal, daha üç oyunçu bir xal geri qalır. Misrəddin İsgəndərov və Zaur Məmmədov liderdən 1,5 xal geri qalanlar arasındadırlar. Orxan Abdulovun aktivində 3,5 xal var. Kamal Ağasıyev 3 xal, Kənan Hacıyev və Nərmin Kazımova - hərəyə 2,5 xal toplamışlar.

İsveçrə sistemi üzrə keçirilən bu beynəlxalq turnir 9 turdan ibarət olacaqdır. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov