Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Astarada yeni təhsil layihəsi uğurla başa çatdı

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli əmrinə əsasən elan edilmiş "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi" çərçivəsində "Gənclərin Sosial İnkişafına Dəstək" (GSİD) İctimai Birliyinin qalib olduğu "Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması" layihəsi uğurla başa çatmışdır. Astara rayonunun 16 məktəbəqədər təhsil müəssisəsindən ümumilikdə 105 nəfər  tərbiyəçi və təhsili idarəedənlər (bağça müdirləri) 10 günlük təlimlərdə uğurla iştirak etdilər. Qeyd edək ki, tərbiyəçilər yeni məktəbəqədər kurikulum, onun strukturu və prinsipləri, öyrənmə tərzləri, məzmun standartları, perspektiv və cari planlaşdırma, fəal təlim forma və üsulları, internet resursları və qiymətləndirmə haqqında kifayət qədər nəzəri biliklər və praktiki bacarıqlar əldə etdilər. Hər bir tərbiyəçi fəal məşğələ hazırlayaraq şəhər 2 nömrəli uşaq bağçasında təcrübə olaraq nümayiş etdirdilər. Tərbiyəçilərdə gələn tədris ilindən məşğələlərin yeni fənn kurikulumları əsasında qurulması üçün vizual olaraq təsəvvür və bacarıqlar formalaşdı.

Onların hər birinə təşkilat tərəfindən iştirakçı sertifikat təqdim edildi. 

Rövşən BAĞIROV,
"Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri, layihənin   rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov