Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Məcburi köçkün ailələrə bayram sovqatı paylanıb

 

 Təhsil Nazirliyi tərəfindən 28 may - Respublika Günü və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb.

Nazirlik hər zaman olduğu kimi, əlamətdar günlər və bayramlar ərəfəsində kəlbəcərli məcburi köçkünlərin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb.

1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöldə yaşayan kəlbəcərli ailələrə paylanılıb.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov