İyulun 18-dən 27-dək İtaliyada Giffoni beynəlxalq
kinofestivalı çərçivəsində keçirilən "Giffony
Experiense" tədbirinə Azərbaycandan da nümayəndələr
qatılacaq. "Nərimanfilm" kinostudiyası bu tədbirə 3
nəfərdən (13-16 yaş arası) ibarət bir qrupu göndərəcək.
Müxtəlif ölkələrdən 3 min uşaq yüzə qədər filmə baxıb
qiymət verəcək. Qeyd edək ki, azərbaycanlı uşaqlar ilk
dəfə bu kinofestivalda iştirak edəcəklər. Onlar öz
həmyaşıdları ilə baxdıqları filmləri müzakirə edəcək və
müsabiqənin qalibini müəyyənləşdirəcəklər. Festival
müddətində uşaqlar rejissor, aktyor, digər kino
xadimləri ilə, ən başlıcası, 40-dan çox ölkədən gəlmiş
həmyaşıdları ilə ünsiyyətdə olacaqlar.
44-cü dəfə keçirilən Giffoni festivalı kino dünyasında
bənzərsiz bir hadisədir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |