Bu günlərdə Hacıqabul rayonu Kolanı kənd tam orta
məktəbində görkəmli dövlət xadimi və şair Şah İsmayıl
Xətainin anadan olmasının 527-ci ildönümü münasibəti ilə
tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arifə
Əliyeva çıxış edərək Şah İsmayıl Xətainin xalqımızın
tarixindəki yeri və xidmətləri barədə danışdı. Səfəvilər
dövlətinin banisi olan Ş.İ.Xətainin həm də ana dilimizin
ilk dəfə rəsmi dövlət dili elan olunmasında,
ədəbiyyatımızdakı xidmətləri barədə məlumat verdi.
Məktəbin tarix müəllimi Z.İbrahimov Azərbaycan Səfəvilər
dövlətinin qurucusu Şah İsmayıl Xətainin həyatı haqqında
geniş məlumat verdi. Qeyd olundu ki, Sacilər dövlətindən
sonra ikinci dəfə müstəqil vahid Azərbaycan dövləti
yaratmış, ərazisi 514 min km2 olan Səfəvilər dövlətinin
banisi Şah İsmayıl Xətainin xalqımızın tarixində
silinməz izlərlə adını əbədi həkk etdirib.
Məktəbin dil-ədəbiyyat müəllimi X.Xəlilova çıxışında Şah
İsmayıl Xətainin anadilli poeziyamızın inkişafındakı
müstəsna xidmətlərindən danışaraq Xətainin əsərləri
barədə söz açdı.
Sonda şagirdlər şairin şeirlərindən hissələr,
əsərlərindən parçalar söylədilər. Maraqlı keçən tədbir
Koroğlu uvertürasının səslənməsi ilə başa çatdı.
Zaur FATEH,
Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbinin
müəllimi |