Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Rusiyada müəllimlər attestasiyadan keçəcək

 

Rusiyanın Təhsil və Elm Nazirliyi müəllimlərin attestasiya qaydalarında dəyişikliklər edib. Bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi müvafiq əmr  imzalayıb. Qaydalara əsasən, ümumtəhsil müəssisələrinin bütün səviyyələr üzrə - uşaq bağçalarından başlayaraq ali məktəblər də daxil olmaqla müəllimləri yeni qaydalar üzrə attestasiyadan keçəcək.

Müəllimlər öz ixtisaslarını təsdiq etmək üçün 5 ildə bir dəfə attestasiyadan keçməlidirlər. Proses təhsil qurumlarının özləri tərəfindən aparılacaq. Bu qurumların təşkil etdiyi ekspert komissiyalarının tərkibində həm digər pedaqoqlar, həm də həmkarlar təşkilatının nümayəndələri daxildir. Açıq  səsvermə yolu ilə ekspertlər yekun qərar verirlər. Müəllimin attestasiyadan keçməsi üçün müsbət səslərin yarısı kifayətdir.  Təhsil və Elm Nazirliyinin yeni əmri  adıçəkilən qaydaların şamil olunmadığı pedaqoji işçilərin kateqoriyasını genişləndirib.  Əgər əvvəllər bu qaydalar hamilə qadınlara və analıq məzuniyyətində olan müəllimlərə şamil olunmurdusa, indi 2 ildən az müəllimlik təcrübəsi olan və 4 aydan artıq xəstə olan işçilərə də aid deyil. 

Müəllimin arzusuna uyğun olaraq attestasiyanın keçirilmə qaydasında - işçinin nə zaman ali ixtisas - aşağı və ya ali dərəcə alması qaydasında da dəyişiklik olunub. Son vaxtlara qədər ilk ixtisas dərəcəsinə yalnız yetirmələri yaxşı nailiyyətlər nümayiş etdirən və  uzunillik iş təcrübəsi olan pedaqoqlar iddia edə bilərdi.  Ali dərəcəni isə digər uğurlarla yanaşı ölkə üzrə fənn olimpiadaları  qaliblərini hazırlayan və təlim metodikaları işləyib tətbiq edən  müəllimlər alırdı. Yeni qaydalara görə isə adıçəkilən kriteriyalara nazirliyin il ərzində təhsil müəssisələrində apardığı yoxlamaların nəticələri də əlavə olunub. Daha bir yenilik: müəllimlər təkcə 2-3 yaxşı şagird hazırlamaqla kifayətlənməməli, bütün uşaqlarda istedadı aşkar etməli və dəstəkləməlidirlər. Bundan əlavə, dərslərində geridə qalan uşaqlara kömək etməlidirlər. Attestasiya istəyə uyğun olaraq icbari anologiya üzrə aparılır. Fərq ondadır ki, komissiyanı təhsil ocağı deyil, Təhsil və Elm Nazirliyi və ya regiondaki profil departamenti təşkil edir.

Yeni qaydalara müvafiq olaraq  müəllimlərə ixtisas dərəcələrinin təyin olunması üzrə  ekspertizanın nəticələri İnternetdə- dövlət hakimiyyəti orqanlarının saytlarında dərc olunacaq. Ali kateqoriya ala bilməyən müəllimlər bir ildən sonra bir daha özlərini sınaya bilərlər.  Ekspertlər qeyd edirlər ki, attestasiyanın keçirilməsində məqsəd müəllimləri öz peşəkarlıqlarını artırmağa stimullaşdırmaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov