Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

İspaniya ali təhsilində yenilik

 

İspaniyanın Təhsil Nazirliyi  ölkə  universitetlərinə ali təhsil modelini "4+1"-dən "3+2"-ə  dəyişməyə icazə verib. Əvvəllər  tələbələr 4 il "qrado", 1 il isə "master" səviyyəsi  üzrə  oxumalı idi.  Qeyd olunur ki, milli təhsil sisteminin Avropa  təhsil məkanına inteqrasiyasını nəzərdə tutan Boloniya bəyannaməsinin imzalanmasından sonra ispan ali məktəbləri və hökumət bu  cür sistemin tətbiq olunmasında israr edir.  Hökumət  bildirir ki, İspaniya universitetlərində qəbul olunmuş  "4+1"  sistemi  Boloniya prosesinə inteqrasiyaya  mane olur.  Çünki  ispan modeli əksər Avropa ölkələrinin ali təhsil sistemindən fərqlənir.  Artıq İspaniyanın Təhsil Nazirliyi ölkənin ali təhsil qurumlarını birləşdirən Universitetlər Şurası ilə danışıqlar aparır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov