Finlandiya məktəbliləri proqramlaşdırmanın əsaslarını
öyrənəcək. 2016-cı ildən başlayaraq proqramlaşdırma
riyaziyyat dərslik proqramına daxil ediləcək. Son
vaxtlar uşaqlar üçün proqramlaşdırma dərnəklərinin
sayının artması ona dəlalət edir ki, proqramlaşdırma
böyük populyarlıq qazanmaqdadır. Bu cür dərnəklərdən
birinin müəllimi Marko Klemetti qeyd edir ki,
kodlaşdırma uşaqlarda kompüter vərdişlərini
gücləndirir. "Uşaqlar bir sıra avadanlıqlarla
işləməyə tez öyrənirlər. Verdiyim tapşırıqların
öhdəsindən asanlıqla gəlmələri məni təəccübləndirir", -
deyə M.Klemetti bildirib.
Riyaziyyat fənləri üzrə müəllim birliyinin sədri
Leena Mannila qeyd edib ki, müəllimlər yenilikdə
müsbət tərəflər görürlər. Lakin bu təcrübənin həyatda
tətbiqi çoxları üçün maraqlıdır. Çox yəqin ki,
müəllimlər üçün əlavə təlimlərin keçirilməsi tələb
olunacaq. İstənilən halda proqramlaşdırma məktəblərdə
ayrıca fənn kimi yox, riyaziyyatın bir hissəsi kimi
tədris olunacaq. |