Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

ADU-da yay imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparılıb

 

Böyütmək üçün şəkili seçinİyunun 18-də Korrupsiyaya Qarşı Mübarizə Fondunun  icraçı direktoru Vasif  Mövsümov ADU-da yay imtahan sessiyasının gedişi ilə bağlı monitorinq apardı. Monitorinqdə ADU rektorunun müşaviri Vazeh Əsgərov, universitetin kurikulum və keyfiyyətə nəzarət departamentinin müdiri Şəfəq Şahməmmədova iştirak edirdi. 

Regionşünaslıq və beynəlxalq münasibətlər və pedaqoji fakültələrin II kurslarında keçirilən imtahanların monitorinqi zamanı çıxış edən  ADU rektorunun müşaviri Vazeh Əsgərov universitetdə keçirilən imtahanlar barəsində  məlumat verdi. İmtahanların   obyektiv, düzgün və şəffaf keçirildiyini deyən V.Əsgərov ali təhsil ocağının monitorinqinin ictimai təşkilatlar üçün açıq olduğunu bildirdi. Universitetdə Operativ Qərargahın, eyni zamanda "Qaynar xətt"in  fəaliyyət göstərdiyi tələbələrin diqqətinə çatdırıldı.

Normativ sənədlərə baxış keçirən  Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru   Vasif Mövsümov fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verdi. İmtahan sualları ilə maraqlanan V.Mövsümov  aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğuladı.  İcraçı direktor yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkdi.

Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şərait yaradıldığını bildirdilər.

Xatırladaq ki, ADU-da yay imtahan sessiyasına iyunun  2-dən  start verilib. Yay imtahan sessiyası 4 fakültənin (pedaqoji, filologiya və jurnalistika, tərcümə, regionşünaslıq və beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti  iyunun 2-dən iyulun 5-dək müəyyən edilib.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov