Azərbaycan Dövlət İqtisad Universitetində 15 iyun -
Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev:
qayıdışla başlanan qurtuluş" adlı tədbir keçirilib.
İlk olaraq iştirakçılar ümummilli lider Heydər Əliyevin
universitetin foyesindəki büstü önünə gül dəstələri
düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir ADİU-nun Heydər Əliyev Mərkəzində davam
etdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir
Süleymanov, YAP icra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlı, YAP Səbail Rayon Partiya Təşkilatının
sədri Zahid Qaralov və digər qonaqlar da tədbirdə
iştirak ediblər.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor
Ədalət Muradov açaraq 15 iyun - Milli Qurtuluş Gününün
Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi
olduğunu bildirib. Qeyd edilib ki, dövlətçiliyimizə
qarşı törədilən qəsdlərin qarşısı məhz ulu öndərin
gərgin əməyi sayəsində qətiyyətlə alınıb. Ölkədə
sabitlik və əmin-amanlıq yaranıb.
Digər natiqlər də Azərbaycanın sivil demokratik inkişaf
yoluna qədəm qoyaraq sürətli iqtisadi nailiyyətlər əldə
etməsində ümummilli liderin əvəzsiz xidmətlərindən
danışıblar.
Sonda YAP-a yeni üzv olan ADİU-nun 12 tələbəsinə
partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |