Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Avropa Təhsil Fondunun beynəlxalq ekspertləri ilə görüş

 

İyunun 18-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Avropa Təhsil Fondunun beynəlxalq eksperti Rodjer Hesseli qəbul edib. İnstitutun direkrotu Qulu Novruzov Azərbaycanda peşə təhsili və onun fəaliyyəti barədə danışıb. İnstitutun nəzdində olan Peşə ixtisas təhsili şöbəsi və onun fəaliyyəti barədə geniş məlumatlar verib. Həmin şöbənin müdiri Rəsul Əsgərov da peşə təhsili ilə əlaqədar gördükləri işlər və son hazırladıqları kurikulumlar barədə danışıb.

 Görüş zamanı qonaq 2014-cü ildə Avropa Təhsil Fondunun "Şərqi Avropa ölkələrində fasiləsiz təhsil" layihəsi çərçivəsində  Azərbaycana  dəstək olmağa davam etdirdiklərini bildirib. Bu ildən turizm və  istehsalat (qida sənayesi də daxil olmaqla) sahəsinə xüsusi diqqət ayırdıqlarını və bu sahədə məhz peşə təhsilinə də önəm verəcəklərini xüsusi  vurğulayıb.

Beynəlxalq ekspert  peşə təhsilinin bütün məsələləri ilə bağlı Bakı şəhərində seminarın keçirəcəyini diqqətə çatdırıb.

Avropa Təhsil Fondunun beynəlxalq eksperti Rodjer Hessel görüşdən məmnun qaldığını və gələcək görüşlərdə yaxın əməkdaşlıq etmək kimi niyyətlərinin tezliklə reallaşması istəyini söyləyib.  

Almaz HƏSRƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov