Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

"Heydər Əliyev" lektoriyasının növbəti məşğələsi

 

Böyütmək üçün şəkili seçinİyunun 12-də Naxçıvan Özəl Universitetində "Heydər Əliyev və Azərbaycan" mövzusunda "Heydər Əliyev" lektoriyasının növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.

Sonra universitetin humanitar elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanovun "Heydər Əliyev və Azərbaycan" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ulu öndər millətin gələcəyinin  elm və təhsillə bağlı olduğunu bildirərək respublikaya rəhbərlik etdiyi ilk gündən bu sahənin inkişafını vacib məsələ kimi ön plana çəkmişdir. Çünki Heydər Əliyevin elm və təhsil sahəsində apardığı islahatlar elə bir mərhələyə təsadüf edirdi ki, bu dövrdə Azərbaycanda milli kadrlar az idi. Məhz ümummilli lider Heydər Əliyev uzaqgörən və müdrik siyasətinin nəticəsində güclü kadr potensialı  yaratmaqla milli təhsil quruluşu istiqamətində bugünkü uğurların bünövrəsini qoymuşdur. Ötən əsrin 70-80-ci illərində ümummilli liderin rəhbərliyi altında təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəmin yaratmışdır. Ulu öndər müstəqillik illərində də təhsilin inkişafını  diqqətdən kənarda qoymamışdır. Ümummilli lider bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə təhsil sahəsində islahatlar uğurla həyata keçirilmiş, yeni məktəblər tikilmiş, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, təhsilin məzmunu yeniləşməyə başlamışdır.

Sevindirici haldır ki, bu gün Heydər Əliyev siyasəti ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Danılmaz həqiqətdir ki, cəmiyyətin bütün sahələrindəki dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Bütün bu irəliləyiş, sürətli inkişaf isə Heydər Əliyev siyasi kursuna  sədaqətin bariz nümunəsidir.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov