Naxçıvan
Dövlət Universitetində rəsm sərgisi tamaşaçılara təqdim
edilib. Magistraturanın təsviri incəsənət tarixi və
nəzəriyyəsi ixtisasının II kurs tələbəsi Haticə
Yalvaçın müxtəlif janrlarda yaratdığı əsərləri sərgidə
nümayiş olunur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən
universitetin rektoru, əməkdar elm xadimi, professor
Saleh Məhərrəmov universitetdə dövlət başçısının və
muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı
sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək
intellektli, müasir dövrün tələblərinə cavab verən
potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini
diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə
ayrı-ayrı tədbirlərlə bağlı istər fərdi, istərsə də
müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu,
təhsil ocağında artıq professional rəssamlıq məktəbinin
formalaşdığını qeyd edib. Rektor, fərdi üslubu və
təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin
müəllifi Haticə Yalvaça bu yolda nailiyyətlər diləyib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor
Məmməd Rzayev, təsviri incəsənət kafedrasının müdiri,
Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu
Əliyev, magistratura üzrə dekan, biologiya elmləri
doktoru Etibar Məmmədov çıxış edərək muxtar
respublikanın və universitet rəhbərliyinin gənc
istedadların üzə çıxarılmasına və onların inkişafına
göstərilən dəstək və qayğıdan bəhs edərək, rəssama
yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda müəllif Haticə Yalvaç ürək sözlərini tədbir
iştirakçılarına çatdırıb. Qeyd edək ki, sərgi
universitetin konservatoriya binasının foyesində bir
neçə gün sənətsevərlərin ixtiyarında olacaq.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |