Minayə
NƏBBAQİ,
Bərdə şəhər 5 nömrəli tam orta məktəbin tarix
müəllimi
1955-ci ildə Bərdə rayonunda anadan olub.
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) tarix fakültəsini bitirib. 1982-ci
ildən Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə
tarix müəllimi, 1984-cü ildən isə həmin məktəbdə
tədris işləri üzrə direktor müavini vəzifəsində
çalışır. 2000-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. 2009-cu ildə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olub.
Çalışdığı 5 nömrəli tam orta məktəbdə nümunəvi
tarix kabineti yaradıb. Bir neçə "açıq dərs"i
Azərbaycan Dövlət Televiziyasında, bir "açıq
dərs"i ilə Türkiyə Cümhuriyyətinin TRT kanalında
yayımlanan "Biz Türküstan elləriyik" verilişində
nümayiş etdirilib. Azərbaycan Kütləvi
İnformasiya Vasitələri İşçiləri Həmkarlar
İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl
qələm" və "Azərbaycan bayrağı" media mükafatı
laureatı adını alıb. Təhsil prosesində yeni
təlim metodlarına və İKT-dən istifadəyə üstünlük
verir. Şagirdləri TQDK-nın keçirdiyi qəbul
imtahanlarında yüksək nəticələr əldə ediblər. |
|
Püstə
MEHDİYEVA,
Bərdə şəhər akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai
sinif müəllimi
1961-ci ildə Bərdə rayonunda anadan olub. Şuşa
Beynəlmiləl Pedaqoji Məktəbini və Gəncə Dövlət
Universitetini bitirib.
Gündəlik dərslərində fəal təlim, yeni təlim
üsullarından, yeni təlim texnologiyalarından
bacarıqla istifadə edir. 2010-cu ildə "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olub. 2011-ci ildə
Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı
Rəyasət Heyətinin qərarı ilə "Xan qızı Natəvan"
mükafatına, 2012-ci ildə isə Azərbaycan
Respublikası "Təhsil" Mərkəzinin "XXI əsrin
ziyalısı" fəxri diplomuna layiq görülüb. 2012-ci
ilin iyun ayında "Elektron təhsil" Respublika
müsabiqəsində "İbtidai təhsildə İKT-dən
istifadə üzrə ən yaxşı metodika" nominasiyası
üzrə I yeri tutub. |
|
Rəna
HƏSƏNOVA,
Bərdə şəhər akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyin
coğrafiya müəllimi
1973-cü ildə Bərdə rayonunda anadan olub.
1997-ci ildə N.Tusi adına ADPU-nun coğrafiya
fakültəsinin coğrafiya, əlavə turizm şöbəsini
fərqlənmə diplomu ilə bitirib. Pedaqoji
fəaliyyətə 1997-ci ildə Bakı şəhərindəki 240
nömrəli tam orta məktəbdə başlayıb. 2006-cı
ildən akademik Zərifə Əliyeva adına Bərdə şəhər
texniki fənlər təmayüllü məktəb-liseydə
coğrafiya müəllimi işləyir. 2004-cü ildə
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Əməkdar müəllim " fəxri
adına layiq görülüb. Azərbaycan müəllimlərinin
XIII qurultayının iştirakçısıdır. 2008-2009-cu
tədris ilində keçirilən "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibidir. Bir çox seminar və
treninqlərdə iştirakına görə sertifikatlar alıb.
Dövri mətbuatda bir çox məqalələri dərc olunub.
2013-cü ildə nəşr olunmuş "Coğrafiyadan
məsələlər" kitabının müəllifidir. Abituriyentlər
üçün nəzərdə tutulan bu kitab coğrafiya fənnində
istifadə olunan məsələlərdən ibarətdir. Vəsait
yeni tədris proqramları və dərsliklər əsasında
hazırlanıb. |
|
Flora
ƏLİYEVA,
Bərdə şəhər akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyin
ibtidai sinif müəllimi
1970-ci ildə Gəncə şəhərində anadan olub.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və
Gəncə Dövlət Universitetini bitirib.
Pedaqoji fəaliyyətə 1996-cı ildə Bərdə şəhər 3
nömrəli tam orta məktəbdə başlayıb. 2004-cü ildə
qabaqcıl müəllim kimi akademik Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-liseyə
dəvət olunub. Təhsil sistemində aparılan
islahatlarda yaxından iştirak edir. Bir çox
treninq və layihələrdə fəal iştirak edərək
sertifikatlar alıb. 2010-2011-ci tədris ilində
keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibidir. 2012-ci ildə Təhsil Nazirliyinin
Qiymətləndirmə Monitorinqinin işçi qrupunun üzvü
olub. Azərbaycan dili "Qiymətləndirmə vasitələri
" adlı dərs vəsaitinin müəllifidir. Azərbaycan
müəllimlərinin XIV qurultayının iştirakçısıdır. |
|
Nərgiz
HƏSƏNOVA,
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi
1975-ci ildə anadan olub. 1997-ci ildə Gəncə
Dövlət Universitetinin pedaqogika və metodika
fakültəsini bitirib. Dəfələrlə rayon
səviyyəsində "açıq dərs"ləri keçirilib. 2010-cu
ildə çapdan çıxan "Təlim məqsədlərinə aid
didaktiv materiallar" kitabının müəllifidir.
2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 2011-ci ildə möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. I sinif riyaziyyat
dərsliyində məsləhətçi müəllim və "Müəllim üçün
vəsait" kitabının həmmüəllifidir. Respublikanın
müxtəlif şəhər və rayonlarında keçirilən
kurikulum kurslarında iştirakçı olub.
Qabaqcıl təcrübəsi respublikada yayılıb. |
Hazırladı: Niyazi
RƏHİMOV, "Azərbaycan müəllimi" |