Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

12 yaşlı Bakı məktəblisi Dünya Türk Bilik Olimpiadasında kubok qazanıb

 

Məlum olduğu kimi, Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə türk cümhuriyyətlərinin  orta məktəb şagirdləri arasında keçirilən Dünya Türk Bilik Olimpiadasında azərbaycanlı məktəblilər də uğurla çıxış ediblər. Şagirdlərimizdən bir nəfər - Bakı şəhərindəki 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Elçin Məmmədov (müəllim Həsən Qaralov) yeni elmi ideya nominasiyası üzrə III yeri tutub. Məramı, olimpiadanın təntənəli açılış mərasimində qeyd edildiyi kimi, gələcəyin nobelçi alimlərini yetişdirmək olan müsabiqənin qaliblərindən Elçin Məmmədovla daha yaxından tanış olaq.

Elçin Yusif oğlu Məmmədov 2002-ci il fevralın 26-da  Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 18 nömrəli tam orta məktəbin I sinfinə gedib.  Bu il həmin məktəbin VII  sinfini bitirib. 2014-cü ilin yanvarından  34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin  dərnək üzvüdür. 

- Dərnəyə gedənə qədər heç bir yarışa qatılmamışdım. Dərnək rəhbərim Həsən Qaralovla  birlikdə hazırladığımız  və olimpiadada nümayiş olunan robotun gövdəsi "orqanik şüşə"dən hazırlanıb. Yaxşı fırlanması üçün altına balaca təkər qoyulub.  Mən yazı yazan robotu nümayiş etdirdim. Bu vaxta qədər bu cür robotlar olsa da bizim qurğu çox fərqlidir. Bu robotun hissə və mexanizmləri daha təkmildir. Robot kağız üzərində sərgi iştirakçıları üçün "Türk dünyası" sözlərini yazdı.  Bu iş sərgi iştirakçıları tərəfindən çox bəyənildi.   Robotumuz Əskişəhərdə nümayiş olundu. Burada möhtəşəm yürüş oldu. Bu möhtəşəm yürüşdə biz  milli paltarda əlimizdə Azərbaycan bayrağı şəhər valisi ilə görüşdük. Mən bu sərgidə çoxlu insanlarla tanış oldum.  Makedoniyadan Prelep, Türkiyənin Samsun şəhərindən Mehmet, Manisa şəhərindən Ertüklə ünsiyyət qurdum. Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunmuşdu.  Onlardan yalnız 100-ü iştirak hüququ qazandı.  Onlardan biri də bizim layihə idi. Qaliblərə keçici kubok, pul mükafatları təqdim olundu.

12 yaşlı məktəbli hesab edir ki, bu cür tədbirlər şagirdlərin elmə marağının artmasına, onların tədqiqatçı kimi formalaşmasına xidmət edir. Biz də  Elçinə gələcək olimpiadalarda yüksək yerlər tutmağı və ölkəmizi layiqincə təmsil etməyi arzulayırıq.    

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov