Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

"Vətənin xilası, xalqın qurtuluşu"

 

Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlər elmi konfransla yekunlaşmışdır. YAP universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən elmi konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq XX əsrin sonlarında Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatından, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasındakı əvəzsiz rolundan,  Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi siyasətçi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələrək Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsi, siyasi parçalanma kimi faciələrin qarşısını almışdır. Ulu öndərin tərəqqiyə və firavan gələcəyə aparan müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini hər zaman dəstəkləyəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, əməkdar müəllim, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Kamal Camalov  "Vətənin xilası, xalqın qurtuluşu" adlı məruzəsində bildirdi ki,  Heydər Əliyev uzaqgörən siyasəti, liderlik əzmi ilə Azərbaycan dövlətçiliyini, varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmış, xalqı qurtuluş və nicat yoluna çıxarmışdır. Məhz onun sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.  Ümummilli liderin iqtisadiyyatın inkişafı, milli ordu quruculuğu, demokratik idarəetmə sisteminin yaradılması, qətiyyətli xarici siyasətin müəyyənləşdirilməsi istiqamətindəki mühüm xidmətləri sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.

Elmi konfransda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov