Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda
işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər
rayona (şəhərə) yerdəyişməsi üzrə müsabiqəyə elektron
ərizələrin qəbulu başa çatıb.
Qeyd edək ki, yerdəyişmə üçün müraciət etmiş 1149
müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək
müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək
keçiriləcəkdir.
İyunun 17-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi
ixtisası üzrə iş yerini dəyişmək istəyən müəllimlər üçün
müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində
müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki
bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində
məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər
qiymətləndirilib. Birinci mərhələdə iştirak etmiş 57
namizəddən 24-ü ikinci mərhələyə buraxılıb. İki
mərhələnin nəticəsinə görə, ən yüksək bal toplamış 13
müəllim seçdiyi vakant yerə iş yerini dəyimək hüququ
qazanıb.
İyunun 18-də ibtidai sinif, iyunun 19-da ingilis dili və
informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya,
iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus
dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki
tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün
yerdəyişmə üzrə müsabiqə keçiriləcəkdir. |