Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Bakıda Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə ziyafət təşkil olunub

 

İyunun 17-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə "JM Marriott Absheron" mehmanxanasında ziyafət təşkil etmişdir. Əvvəlcə Azərbaycanın və  Böyük Britaniyanın Dövlət  himnləri səsləndirilmişdir.  Himnləri əməkdar artist Fidan  Hacıyeva canlı olaraq ifa etmişdir.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirmişdir ki, iki ölkə arasında enerji, siyasət, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir demişdir ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına güclü təsir göstərmişdir. Böyük Britaniyanın Azərbaycanda iri layihələrdə iştirakını xatırladan səfir, ölkəsinin Azərbaycana maraq göstərdiyini bildirmiş və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulamışdır.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbrikini çatdırmışdır.

Nazir qeyd etmişdir ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir. Neft və qaz sektoru burada ən bariz nümunədir. M.Cabbarov bildirmişdir ki, Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində çoxsaylı azərbaycanlı tələbə təhsilini Birləşmiş Krallıqda davam etdirir. Nazir əlavə etmişdir ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər.

Tədbirdə dövlət və hökumət  rəsmiləri,  Milli  Məclisin deputatları,  diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin  nümayəndələri  iştirak etmişlər.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov