Məhəmməd
Cəbrayıl oğlu Məmmədov 1997-ci ildə Bakıda anadan olub.
Uşaq yaşlarından idmanın taekvanda növünə həvəs
göstərib. Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində
təcrübəli məşqçi-müəllim Səbuhi Zülfüqarovdan bu idman
növünün sirlərini öyrənməyə başlayıb. Dəfələrlə
respublika və beynəlxalq turnirlərin qalibi olub.
2013-cü ilin sentyabrında Portuqaliyanın Porto
şəhərində 45 ölkənin idmaçılarının iştirakı ilə
keçirilən Avropa çempionatında I, bu ilin martında Çin
Xalq Respublikasının Nanjinq şəhərində gənclər arasında
110 ölkənin təmsilçilərinin iştirakı ilə dünya
çempionatında 10-cu turnirdə Məhəmməd fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. 55 kq çəki dərəcəsində mübarizə
aparan təmsilçimiz finala qədər heç bir rəqibinə şans
verməyib. Finalda İtaliya taekvandoçusu ilə qarşılaşan
millimizin üzvü 11:0 hesabilə qalib gələrək qızıl medala
sahib olub.
Arzusu daha böyük qələbələrə imza ataraq ölkəmizi
layiqli təmsil etmək və üçrəngli bayrağımızı mötəbər
arenalarda zirvələrə qaldırmaqdır. |