Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin
təşkilatçılığı ilə Cövdət Hacıyev adına 3 nömrəli Uşaq
Musiqi Məktəbində görkəmli bəstəkar, əməkdar incəsənət
xadimi, xalq artisti Oqtay Zülfüqarovun anadan
olmasının 85 illik yubileyi münasibətilə tədbir
keçirilib. Tədbirdə məktəbin "Renessans" xoru bəstəkarın
"Uşaq himni"ni ifa edib.
Sonra fortepiano əsərlərindən ibarət "Sevimli ana",
"Elegiya", "Kuklam xəstədir", "Yallı", "Mən maşını
sürürəm", kanonçalanlar ansamblının ifasında "Cücü",
"Cırtdan" əsərləri səsləndirilib. Məktəbin vokal
ansamblının ifasında "Əzizsən, Vətən" və "Yol mahnısı"
maraqla qarşılanıb. "Lalələr" rəqs qrupunun çıxışları
da iştirakçılarda xoş ovqat yaradıb.
Tədbirin sonunda Oqtay Zülfüqarov əsərlərindən ibarət
yeni diskini məktəbə hədiyyə edib və rəhbərlik etdiyi
"Aysel" Uşaq Mahnı Teatrının üzvləri ilə birlikdə bir
neçə mahnı ifa edib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |