Təhsil
Nazirliyinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
VI sinif şagirdi Çinarə Əzimova Moskvanın Böyük Kreml
Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq
Musiqi Festivalında ölkəmizi təmsil edib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil
olunan konsertdə Azərbaycanla yanaşı, Belarus, Çin,
Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml
Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə
birgə çıxış edərək məharətlərini göstəriblər.
Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı olan
Çinarə uğurları ilə seçilir. Musiqi məktəbinin yetirməsi
bir qədər əvvəl Estoniyanın Koxtla-Yarve şəhərində
keçirilən beynəlxalq müsabiqədə və Latviyanın Riqa
şəhərində gənc vokalçıların "Riqa Symphony" beynəlxalq
müsabiqəsində iştirak edərək hər iki tədbirin Gran-Pri
mükafatına layiq görülüb. |