| 
						
						Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) verdiyi 
						məlumata görə, bu gün respublikanın bir sıra şəhər və 
						rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci 
						siniflərində təhsil alan şagirdlər üçün 
						mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 
						keçiriləcəkdir. 
						
						İmtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, 
						Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, 
						İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, 
						Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində 
						aparılacaqdır.  
						
						Bu imtahanlarda ümumilikdə 47547 şagirdin imtahan 
						verəcəyi gözlənilir.  
						
						Həmin imtahanlarda iştirak edəcək şagirdlər "imtahana 
						buraxılış vərəqəsi"ni İnternet vasitəsilə çap edib 
						götürmək imkanı əldə ediblər. Buraxılış vərəqəsi ilə 
						yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim 
						olunub.  
						
						Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI 
						sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
						 
						
						İyunun 13-də keçirilən 9-cu siniflərin buraxılış 
						imtahanında  Naxçıvan MR-də 4115, Lənkəranda 2167, 
						Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 
						888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, 
						Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, 
						Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, 
						Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 
						9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
						 
						
						11-ci siniflərin buraxılış imtahanında isə Naxçıvan MR-də 
						4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, 
						Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, 
						Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, 
						İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 
						1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, 
						Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdinin imtahanda 
						iştirakı nəzərdə tutulur.  
						
						Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə 
						edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 
						nəzarətçi müəllim ayrılıb.   
						
						
						Samirə KƏRİMOVA,"Azərbaycan müəllimi"
 |