Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Gəncədə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans

 

Böyütmək üçün şəkili seçinBu günlərdə Gəncədəki Heydər Əliyev Mərkəzində Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Riyaziyyat və İKT-nin tətbiq sahələri - yeni tədris texnologiyaları" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Milli Qurtuluş Günü ərəfəsində keçirilən tədbir münasibətilə iştirakçıları salamlayaraq konfransa uğurlar arzulayıb.

Plenar iclası açıq elan edən universitetin rektoru, professor Yusif Yusibov konfrans iştirakçılarını salamladıqdan sonra tədbirin əhəmiyyətindən danışıb. Sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Soltan Əliyev, Gürcüstan Respublikasının Telavi Dövlət Universitetindən professor  Mariam Zakariaşvili, Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Vaqif Qasımov, AMEA Riyaziyyat və Mexanika İnstitutundan Əli Babayev, Qafqaz Universitetindən Yaşar Hacıyev və başqaları çıxış edərək konfransa uğurlar diləyiblər.

Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov, elm və texnika üzrə prorektor Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, informatika kafedrasının müdiri, dosent Əkrəm Aslanov və kafedranın müəllimi Vasif Həsənov çıxışlarında GDU-nun son illərdəki nailiyyətlərini, konfransın keçirilməsinin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırıblar.

Plenar iclasın sonunda qətnamə oxunub.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov