Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

"Elektroenergetikada kadr problemi: gələcəyə baxış" mövzusunda konfrans

 

Böyütmək üçün şəkili seçinİyunun 6-da "Elektroenergetikada kadr problemi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, "Bakıelektrikşəbəkə" ASC idarə heyətinin sədri Baba Rzayev və digər qonaqlar iştirak edib.

 Konfransda Baba Rzayev "Elektroenergetika sahəsində kadr problemlərinin həllinə "Bakıelektrikşəbəkə" ASC-nin baxışı və fəaliyyət istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. ASC sədri elektroenergetika sahəsinin ixtisaslı kadrlarla təminatındakı mövcud vəziyyətdən danışıb. Bundan sonra söz təhsil naziri Mikayıl Cabbarova verilib.

"Elektroenergetikada kadr hazırlığının mövcud vəziyyəti" mövzusunda çıxış edən nazir bildirib ki, çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə bütövlükdə iqtisadiyyatın və o cümlədən, energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır. Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı energetika ixtisaslı ali təhsildə qəbul planının artırıldığını deyən nazir 6 ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyələrində 3 ixtisas üzrə mühəndis kadrları hazırlandığını vurğulayıb. Bununla yanaşı ölkənin 6 orta ixtisas təhsili müəssisəsində 4 ixtisas üzrə ildə 280 nəfər kiçik mütəxəssisin hazırlığı həyata keçirilir. 57 ilk peşə-ixtisas təhsili müəssisələrində isə energetika sahəsi üçün 4 ixtisas üzrə ildə 1493 fəhlə kadrlar hazırlanır. Ali təhsil müəssisələrinə energetika ixtisasları üzrə mütəxəssis hazırlığı eyni zamanda TEMPUS proqramı çərçivəsində də həyata keçirilir. Bakalavriat səviyyəsində üç ali təhsil müəssisələrində 2013/2014-cü tədris ilindən başlayaraq TEMPUS proqramı ilə "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.Böyütmək üçün şəkili seçin

Nazir bildirib ki, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib. Belə ki, sənaye sahələri ilə ali təhsil müəssisələri arasındakı əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Xüsusi diqqət təhsilalanların istehsal təcrübəsinin birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəldilməlidir.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən "Bakıelektrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziya təqdim edilib. Baba Rzayev elektoenergetika sahəsində kadr hazırlığını daha mükəmməl səviyyədə və sistemli şəkildə aparmaq üçün bu Tədris Mərkəzinin xüsusi rol oynayacağını qeyd edib. Qonaqlar Tədris Mərkəzi ilə tanış olublar.

Sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Konfrans çərçivəsində "Azərbaycan Texniki Universitetində elektroenergetika sahəsi üzrə kadr hazırlığı" və digər mövzularda təqdimatlar keçirilib.   

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov