Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına,
ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu
isə mən xalqla birlikdə, xalqın dəyərli insanları,
hörmətli adamları ilə, xalqın irəli çəkdiyi
nümayəndələri ilə birlikdə edə bilərəm... Mən nikbinəm,
hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları -
biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən
gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini
əlindən ala bilməz, bundan sonra heç bir qüvvə
Azərbaycanın dövlətçiliyini məhv edə bilməz.
Heydər ƏLİYEV
|