Yeniyetmələrin
Olimpiya Oyunlarının atletika üzrə 2-ci Avropa təsnifat
yarışının açılış mərasimində Təhsil Nazirliyi, Milli
Olimpiya Komitəsi və Coca-Cola şirkətinin birgə təşkil
etdiyi "Fəal ailəm, sağlam aləm" - sosial layihəsinin
"Ən sürətli məktəb" nominasiyası üzrə "Estafet" yarışı
keçirilib.
Yarışda Bakı şəhərində yerləşən 74 məktəbdən 104 ailə
iştirak edib.
"Estafet" yarışının nəticələrinə görə 11 ailə qalib
olub. Onların təmsil olunduqları Bakı şəhəri 7, 27, 46,
83, 200, 242, 245, 319 nömrəli tam orta məktəbləri "Ən
sürətli məktəb" adına layiq görülüblər.
Yekunda məktəbləri təmsil edən ailələr təşkilatçılar
tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
|