Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Azərbaycan idmançıları İtaliyada keçirilmiş döyüş növləri üzrə dünya çempionatında səkkiz medal qazanıblar

 

 AzərTAc xəbər verir ki, İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda budo döyüş növləri üzrə Azərbaycan milli komandası da iştirak etmişdir.

On beş idmançımızın qatıldığı mundialda komandamız peşəkar sanda, S-1, full-kontakt, fri-kontakt, lou-kik və əlbəyaxa döyüş növləri üzrə yarışmış və səkkiz medal qazanmışdır.

Turnirdə 18 yaşdan yuxarı idmançıların mübarizəsində Emil Hacıyev (60 kq, sanda), Mərdan Vəliyev (70 kq, full-kontakt), Emin Süleymanov (75 kq, fri-kontakt), Cavid Tapdıqlı (85 kq, sanda) və Musa Abdullayev (86 kq, lou-kik) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Mundialda 13-15 yaşlı idmançıların fri-kontakt yarışlarında 56 kiloqram çəki dərəcəsində mübarizə aparmış Oğuz Qurbanlı gümüş medalla kifayətlənmişdir. On səkkiz yaşadək idmançıların turnirində Nail Məmmədli (91 kq-dan yuxarı, full-kontakt) gümüş, Araz Abdullayev (91 kq-dan yuxarı, lou-kik) bürünc medal qazanmışlar.

Yarış başa çatdıqdan sonra idmançılarımız Veronada UFC və S-1 döyüş növləri üzrə təşkil olunmuş seminara qatılmışlar.

Seminara iyunun 4-də yekun vurulub.

Qeyd edək ki, çempionatda ümumilikdə 20 döyüş növü üzrə yarışlar keçirilmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov