Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi

 

Böyütmək üçün şəkili seçinBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) iyunun 4-də müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə əlaqədar məktəb direktorlarının iştirakı ilə növbəti iclasını keçirib. İclasda BŞTİ-nin rəsmi nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına hazırlanan buraxılış vərəqəsi barədə ətraflı məlumat verilmişdir. İclasdan sonra buraxılış vərəqələri hər bir məktəbin direktoruna müəllimlərə vermək üçün çatdırılmışdır.

Buraxılış vərəqələrində qiymətləndirilmədə iştirak edən müəllimin adı, soyadı, ata adı, ixtisası, rayon kodu, məktəb kodu, iş nömrəsi, qiymətləndirilmənin tarixi və keçirildiyi yer qeyd edilib. Qiymətləndirməyə gələn zaman müəllimlər həm buraxılış vərəqəsini, həm də şəxsiyyəti təsdiq edən sənədi özü ilə gətirməlidir.İştirakçı müəllimin qiymətləndirilmə mərkəzinə buraxılış vərəqəsində göstərilən saatdan 1 saat 30 dəqiqə əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə başladıqdan 30 dəqiqə sonra gələn müəllim zala buraxılmayacaq. Qiymətləndirilmə 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2Böyütmək üçün şəkili seçin014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaqdır. 

www.baku.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov