Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Naxçıvan Dövlət Universitetinin komandası Pekində keçiriləcək Dünya Kuboku yarışında ölkəmizi təmsil edəcək

 

Böyütmək üçün şəkili seçin Mayın 31-də Bakıda "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramı üzrə milli yarışda icra olunmuş layihələrin təqdimatı keçirilib.

Layihələr "Enactus" meyarları əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, 2013-2014-cü tədris ilində "Enactus" proqramına qoşulmuş 11 komandadan Naxçıvan Dövlət Universiteti, Azərbaycan Aqrar Universiteti və Naxçıvan Özəl Universitetinin komandaları finala vəsiqə qazanıblar. Gərgin mübarizə şəraitində keçən yarışmada Naxçıvan Dövlət Universitetinin komandası çempion adını qazanaraq ölkəmizi oktyabrda Çinin paytaxtı Pekində keçiriləcək Dünya Kuboku yarışında təmsil etmək hüququ qazanıb.

Qaliblər Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun fəxri fərmanları ilə təltif olunub və onlara bir sıra kommersiya qurumlarının qiymətli hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" adlı beynəlxalq proqramı 1975-ci ildə ABŞ universitetləri yaradıb. 2012-ci ilə qədər proqramın adı "Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises - SİFE)" olub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışların keçirilməsinə başlanılıb və 2001-ci ildə ilk dəfə Londonda Dünya Kuboku yarışı təşkil olunub. 2005-ci ildə "SİFE - Enactus" proqramına qoşulan Azərbaycan 2006-cı ildən Dünya Kuboku yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-ə qədər ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.

 "Enactus" proqramı üzrə milli yarışların keçirilməsində məqsəd gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti - insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir. "Enactus" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır.

"Enactus" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qələbə uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov