Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Təhsil Problemləri İnstitutunda beynəlxalq ekspertlərlə görüş

 

Böyütmək üçün şəkili seçinMay 30-da Təhsil Problemləri İnstitutunda Avropa Təlim Fondunun (ATF) "Azərbaycan İxtisaslaşma Çərçivəsinin İcrasına Dəstək" layihəsinin milli və beynəlxalq ekspertləri ilə görüş keçirildi. İnstitutun direktoru Qulu Novruzov və bir qrup əməkdaşının iştirak etdiyi görüşdə Azərbaycan təhsil sisteminin hazırkı durumu, tədris ilinin uzadılması, dünyanın müxtəlif ölkələrində mövcud olan və milli tədris standartları, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər ətrafında geniş danışıldı.

Avropa Təlim Fondunun 2014-cü il iş proqramı çərçivəsində ATF Azərbaycan İxtisaslaşma Çərçivəsinin icrasına dəstək məqsədilə qurumun baş eksperti Arjen Deijə, beynəlxalq ekspert  Olav Aarna və milli ekspert Amin Çərkəzov müvafiq ixtisas üzrə AzİC tamamlanması üçün məzmunun, yəni ixtisas standartlarının və kurikulumların, xüsusilə də Azərbaycanda Milli İxtisas Çərçivəsində (MİÇ) həyata keçirilməsi üçün məsləhət və dəstəyin təmin olunması barədə məlumat verdilər.

Müzakirənin sonunda beynəlxalq ekspertlər gələcəkdə Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirdilər.

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov