Avropa İttifaqı "Azərbaycan ali təhsil sisteminin
Avropa Ali Təhsil Məkanının (EHEA) tələblərinə daha da
uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinə dəstək göstərilməsi" Tvinninq
layihəsini təqdim edib.
Layihənin məqsədi Avropa ali təhsil məkanına inteqrasiya
etməklə Azərbaycanda ali təhsil sisteminin daha da
inkişaf etdirilməsindən ibarətdir. Burada Azərbaycan
Respublikasının islahat proqramına uyğun olaraq Boloniya
prosesinin prinsipləri çərçivəsində ali təhsil
sektorunda islahatların aparılması, ali təhsil
müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya
sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər
sahəsi üzrə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında
qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin
beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə
proqramlarının artırılması nəzərdə tutulub. |