Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlanılıb

 

Təhsil Nazirliyi hazırda işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb.

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi iyun ayı ərzində aparılacaq.

Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının  "Müəllimlərin işə qəbulu" səhifəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsahibə proqramı", "Elektron ərizə" və "Şəxsi səhifə" bölmələri yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlər "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olub elektron ərizə (http://82.194.5.15/erize14/erizeqeyd.aspx) doldurmalıdırlar. Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq.

Elektron ərizə doldurularkən məlumatların düzgünlüyü təmin edilməli, bütün vacib sahələr doldurulmalıdır. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.

Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra yerdəyişmədə iştirak edən müəllimlərlə müsahibə keçiriləcək, nəticələr qeydə alınacaq və proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq.

Müsahibə barədə məlumatları "Müsahibə proqramı"ndan əldə etmək mümkündür.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov