Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2014-cü ilin may ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 4222
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çox),
Kommutator Xidmətinə isə 5400-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 4471 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş 8693 müraciətin 5956-sı
(müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal
cavablandırılıb və operativ həll edilib. Vətəndaşların
Qəbulu Mərkəzində 1324 vətəndaşdan ərizə (438 ədəd),
məktub (601 ədəd) və digər sənədlər (285 ədəd) qəbul
olunub və qeydiyyata alınıb. 1374 vətəndaş sorğularına
uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin
müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların şikayət xarakterli 39 müraciəti isə xüsusi
proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması
üçün nazirliyin müvafiq struktur bölmələrinə
yönləndirilib. Onlardan 12 müraciət tam araşdırılıb və
nəticəsi barədə vətəndaşlara cavab verilib. Qeyd edək
ki, şikayət xarakterli müraciətlərin 31-i ümumtəhsil
məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti
ilə əlaqədar 13 müraciət daxil olub) fəaliyyətinə aid
olan müxtəlif məsələlərlə bağlıdır.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
alınması, diplomların tanınması üçün tələb olunan
sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə
bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox
həftənin cümə axşamı (1037 zəng) və bazar ertəsi (943
zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və
14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların
Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (1003
müraciət), çərşənbə axşamı (993 müraciət) və bazar
ertəsi (975 müraciət) günləri, əsasən, saat 10:00-dan
12:30-dək və 14:30-dan 16:30-dək müraciət edilib.
www.edu.gov.az |