Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin sərgisi keçirilib

 

Böyütmək üçün şəkili seçinMayın 31-də Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin sərgisini keçirib.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan sərgidə martın 15-dən mayın 10-dək məktəblilər arasında keçirilən "Fövqəladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş olunub. Qonaqlar sərgi ilə tanış olublar.

Sərgi çərçivəsində müsabiqənin qalibləri elan edilib. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yumşaq oyuncaq", "Yanğın qəza-xilasetmə texnikasının modeli", "Şeir" nominasiyaları üzrə işlər təqdim olunub. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model , 67 yumşaq oyuncaq, 63 şeir göndərilib. Bu işlər Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçıların 23-ü I yer, 32-si II yer, 28-i III yeri tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.

2011-ci ildən keçirilən ənənəvi müsabiqədə on minlərlə məktəbli və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri fəal iştirak edirlər. Bu il təşkil olunan müsabiqənin fərqli cəhəti Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən internat məktəblərinin şagirdlərinin də bu yarışmada iştiraka cəlb edilməsi olub. Həmin məktəblərin şagirdləri müsabiqədə uğurla iştirak edərək mükafatçılar sırasına düşüblər.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.   

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov