Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Təhsil naziri Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada "Son zəng" tədbirində iştirak edib

 

Böyütmək üçün şəkili seçinMayın 31-də Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada "Son zəng" tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər iştirak ediblər.

"Son zəng" tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu bildirib. Bu gündən məzunların həyatında yeni mərhələnin açıldığını xatırladan təhsil naziri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb. "Son zəng" münasibətilə məzunları təbrik edən nazir onlara gələcək həyatlarında uğur və nailiyyətlər qazanmağı arzulayıb.

Sonra məzunları təbrik edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu və təhsil yolunun vacib pillBöyütmək üçün şəkili seçinəsini təşkil etdiyini qeyd edib.

Daha sonra gimnaziyanın məzun və şagirdləri çıxış edərək onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.

Mərasim gimnaziya şagirdlərinin hazırladıqları "Son zəng" ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, gimnaziya 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun 145 nömrəli məktəbi kimi fəaliyyətə başlayıb. 1990-cı ildən isə məktəbə Təbiət Elmləri Təmayüllü Gimnaziya adı verilib. Hazırda gimnaziyada 730 şagird təhsil alır və 61 müəllim çalışır. Hər il bu məktəbin məzunlarının 94-100 faizi ali məktəblərə qəbul olur. Gimnaziya şagirdləri hər il respublika və beynəlxalq səviyyəli olimpiadalarda yer tuturlar. İki dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülən gimnaziyanın müəllimləri arasında "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri olanlar da var.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov