Kaliforniya
ştatının Berkli şəhərində "yumşaq" hesablamalara dair IV
Beynəlxalq konfrans keçirilmişdir. Dünya şöhrətli
azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
və qeyri-səlis məntiqin banisi, Kaliforniya
Universitetinin professoru Lütfi Zadə Azərbaycan xalqına
xoş arzularını bildirərək vurğulamışdır: "Mən dəfələrlə
demişəm və yenə deyirəm: Əminəm ki, Azərbaycan düzgün
yoldadır. Bunun iki səbəbi var. Birinci səbəb - neft-qaz
sənayesinin inkişafına üstünlük verilməsi, ikinci səbəb
- Azərbaycanın rəhbərliyidir. Prezident İlham Əliyev çox
savadlı və müdrik adamdır. Onun qəlbi Azərbaycanın
mənafeləri ilə döyünür. Mənim fikrimcə, İlham Əliyev və
onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli
aparır. O, enerjili, təşəbbüskar və uzaqgörən adamdır.
Buna görə də düşünürəm ki, həmin keyfiyyətlərin bir
şəxsdə cəmləşməsi Azərbaycanın parlaq gələcəyinə təminat
verir. Təbii ki, Azərbaycan uzaq gələcək haqqında - neft
ehtiyatlarının tükənə biləcəyi dövr barədə düşünməlidir.
Lakin mən onu da bilirəm ki, Azərbaycan hökuməti artıq
indidən bu barədə düşünür. Ölkənin təkcə neftdən və
qazdan asılı olmaması üçün Azərbaycan rəhbərliyi
iqtisadiyyatın şaxələndirilməsi barədə fikirləşir.
Azərbaycanı regionun digər ölkələri ilə müqayisə etsək
görərik ki, İraqdan və ya Əfqanıstandan fərqli olaraq
Azərbaycanda sabitlik bərqərar olmuşdur. Onu da qeyd
etməliyəm ki, Azərbaycanın müstəqil siyasət yeritməsi
məni sevindirir".
AzərTAc
|