Moskvada
"Lujniki" idman kompleksinin Kiçik idman arenasında
mini-futbol üzrə "Heydər Əliyev kuboku" uğrunda beşinci
illik turnir keçirilmişdir. Turnir Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən
təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, bu il beşinci dəfə keçirilən
yubiley turnirində 24 komanda, o cümlədən Azərbaycanın
Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar
Konqresinin (ÜAK) yığma komandaları, "Qarabağ" komandası
(Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş turnirin
qalibi), Ümumrusiya Millətlərarası Gənclər İttifaqının,
ÜAK-ın Moskva vilayət bölməsinin, RAGB-nin Kaluqa və
Tuladakı regional bölmələrinin komandaları, habelə
Moskva ali məktəblərində fəaliyyət göstərən Azərbaycan
klublarının 17 komandası iştirak edirdi.
Turnirin təntənəli açılış mərasimində çıxış edənlər �
Azərbaycanın Rusiyadakı səfirliyində humanitar məsələlər
üzrə müşavir Nigar Axundova, ÜAK-ın icraçı direktoru
İlqar Hacıyev və RAGB idarə heyətinin üzvü Emin Hacıyev
turnir iştirakçılarını təbrik etmiş, uğurlar
arzulamışlar.
Gənclər arasında belə bir turnirin keçirilməsi yaxşı bir
ənənəyə çevrilmişdir. 2009-cu ildən etibarən hər il
keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin doğum gününə həsr edilir.
Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası
artıq beşinci dəfə turnirin qalibi və "Heydər Əliyev
kuboku"nun sahibi olmuşdur. İkinci yeri "Bakı" komandası
tutmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyinin
komandası və Moskva Dövlət Hüquq Akademiyasının
komandası yarımfinal oyunlarının yekunlarına əsasən
bürünc medallara layiq görülmüşlər.
"Ən yaxşı qapıçı" nominasiyasında Cavid İbrahimov qalib
gəlmişdir. Murad Qarayev "Ən yaxşı hücumçu" hesab
edilmiş, Anar Kərimov isə "Ən yaxşı oyunçu" adına layiq
görülmüşdür.
Turnirin matçlarını Azərbaycanın Rusiyadakı
səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin, habelə Ümumrusiya Azərbaycanlılar
Konqresinin təmsilçiləri izləmişlər. |