Mayın
27-də Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına
Azərbaycan Dövlət Kamera Orkestri, Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin müəllim və şagirdlərinin 28
may Respublika Gününə həsr olunmuş konserti keçirildi.
Konsertdə Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin
Eynullayev, nazirin müşaviri Ağababa İbrahimov və digər
şəxslər iştirak edirdilər.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin
bədii rəhbəri və baş dirijoru, Azərbaycan
Respublikasının xalq artisti, Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin direktoru Teymur Göyçayevin
rəhbərliyi ilə keçirilən konsertdə F.Şopen, Q.Pyerne,
S.Raxmaninov, P.Sarasate, E.Blox, H.Rzayev, A.Badzini,
E.Kurtis, J.Kosma, G.Şiring, F.Əmirov, A.Tsfasmanın
əsərləri və xalq mahnısı "Qaragilə" ifa olundu.
Prezident təqaüdçülərindən Vurğun Vəkilov (piano),
Nərmin Nəcəfli, Atabəy İsmayılov (tar), solistlərdən
Leyla Zeynalova (piano), Səid Bağırzadə (klarnet), Aytən
İbrahimova və Nigar Əsgərova, Zərifə Alxazova, Səidə
Babışova, Cəmilə Əsgərzadə (violin), Mərziyə Hüseynova,
Aydın Zeydullayev (saksafon), Ayla Şiriyeva və Əli
Məmmədov (piano), Nicat Məsimov (balaban), əməkdar
müəllimlər Dilarə Mirzəquliyeva, Fatimə İdyatulina,
Əflaruz Məmmədov, Ədilə Rəhimova, müəllimlər Anar
Məmmədov (klarnet), Fəqan Həsənli (piano), Ucal
Məmmədxan (zərb alətləri), Elmira Mustafayeva, İlhamə
Ağayeva, İradə Xəlilova, Əlibaxış Məmmədov, xalq artisti
Ağaxan Abdullayev, əməkdar artist Akif Süleymanbəylinin
köməyi ilə tanınmış dünya bəstəkarlarının əsərlərini
məharətlə ifa etdilər. Konsertin sonunda tamaşaçılar
ifaçıları alqışladılar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |