Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin dəstəyi ilə 19-21 noyabr 2014-cü il
tarixində Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün
texnologiyalar" 5-ci Yubiley Ətraf Mühit Sərgisi (CTE)
keçiriləcək. Qeyd edək ki, sərgidə müxtəlif beynəlxalq
və yerli şirkətlər, həmçinin dövlət və qeyri-hökumət
təşkilatları iştirak edəcək.
Nəzərə çatdıraq ki, Xəzəryanı və Qafqaz regionlarında
mühüm hadisə olaraq, ətraf mühitin mühafizəsi üzrə
keçirilən CTE - "Xəzər: ətraf mühit üçün texnologiyalar"
beynəlxalq sərgisi 5 illik ugurlu iş fəaliyyətinin ilk
yubileyini qeyd edir. CTE sərgisi ətraf mühitin
qorunması və təbiətdən rasional istifadə olunması
sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə
təqdim edir. Azərbaycanda biznesin inkişafı üçün ən
əlverişli vasitə olan CTE sərgisi çərçivəsində yeni
tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə
effektiv iş aparmaq üçün şərait yaradılır.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |