Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Bakı Ali Neft Məktəbində tələbə elmi-texniki konfransı

 

 Bakı Ali Neft Məktəbində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 3 bölmədən ("Neft-qaz və kimya mühəndisliyi", "Fizika və riyaziyyat", "İnformasiya və kommunikasiya texnologiyaları") ibarət 2-ci tələbə elmi-texniki konfransı keçirilib.

Konfransın plenar iclasını açan rektor Elmar Qasımov 2-ci tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib. Rektor qeyd edib ki, BANM-in tələbələri artıq digər ali məktəblərdə keçirilən elmi konfranslarla yanaşı, xarici ölkələrdə təşkil olunan elmi konfranslarda da həvəslə iştirak edirlər.

Tədbirdə iştirak edən ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik MəmmədovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsil sahəsini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisəsinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda inamlı addımlar atıldığını vurğulayıb, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırıb.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və başqaları tələbələri  konfransın keçirilməsi münasibətilə təbrik edib onların təhsillərinin ilk illərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirmiş, elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab edərək konfransın işinə uğurlar arzulayıblar.

 2-ci tələbə elmi-texniki konfransın Təşkilat Komitəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin  Ali təhsildən sonrakı təhsil şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva  konfransın təşkili haqqında qonaqlara ətraflı məlumat  verib və gələcəkdə Azərbaycan elminin inkişafında  böyük rol oynayacaq bu gənclərə öz işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra Bakı Ali Neft Məktəbinin tələbələri İnsafəli Səmədov "Alternativ enerji mənbələri", Nərgiz Tarverdiya "Ətraf mühitdə sənaye tullantıları-dioksin: bəşəriyyətin təhlükəsi", Kamran Rzayev "Neft-qaz sənayesinin tipik idarəetmə məsələlərinin Lab-VİEW proqramı ilə həlli", Nərmin Abbaslı "Təbiətdə Fibonaçi ardıcıllığı" və Əhməd Qələndərli "Nüvə bölünməsi enerji mənbəyi kimi" mövzularında ingilis dilində məruzələrlə çıxış ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov