Təhsil
Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin "Rəsm" studiyasının üzvləri Müasir İncəsənət
Muzeyində "Bizim rəngarəng dünyamız" mövzusunda rəsm
sərgisi təşkil ediblər.
Tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə
həsr olunub.
Sərgidə "Rəsm" studiyasının 5-18 yaşlı dərnək üzvlərinin
rəsm işləri nümayiş etdirilib. Dərnək üzvləri arasında
xüsusi qayğıya ehtiyacı olan uşaqlar da var. Rəsm işləri
milli üslubda olan kompozisiyalar, təbiət rəsmləri,
sualtı aləm, nağıllara illüstrasiyalar və s. kimi
mövzularda çəkilib. Peyzaj, miniatür, qrafika, abstrakt,
portret və batika kimi janrlarda çəkilən rəsmlər sulu
boya, akvarel, quaş, pastel, tuş, akril ilə işlənib.
Sərgini giriş sözü ilə Yaradıcılıq Mərkəzinin direktoru
Lalə Qəti açaraq tədbirin yüksək səviyyədə təşkilində
göstərdiyi köməyə görə Müasir İncəsənət Muzeyinin
rəhbərliyinə minnətdarlığını bildirib. Qonaqlar gənc
rəssamlara yeni-yeni yaradıcılıq nailiyyətləri
arzulayıblar.
Tədbirdə mərkəzin "Çiçəyim" uşaq teatr studiyasının
üzvləri Nərmin Abdullayevanın müəllifi olduğu geyim
kolleksiyasını nümayiş etdiriblər. Gənc rəssamlar isə
qonaqları sərgidəki rəsm əsərləri ilə ətraflı tanış
edərək onların çoxsaylı suallarını cavablandırıblar.
www.edu.gov.az |