Məhəmməd
Nuri 2002-ci ildə Bakıda anadan olub. Məhəmməd 4
yaşından Bakıdakı 10 nömrəli Uşaq-Gənclər İdman
Məktəbində idmanın cüdo növü üzrə bölməyə yazılıb.
Burada o, müəllimi, əməkdar məşqçi Vüqar Aliyevin
rəhbərliyi altında cüdo idman növünün sirlərinə
yiyələnməyə başlayıb. İlk dəfə 7 yaşı olarkən idman
məktəblərinin açıq birinciliyində 30 kq çəki dərəcəsində
çıxış edib və I yeri tutub.
M. Nuri 2011-ci ildə Türkiyənin Urfa şəhərində cüdo üzrə
keçirilən turnirdə 30 kq çəki dərəcəsində I yerin sahibi
olub. Qızıl medal, diplom və kubokla təltif olunub. Elə
həmin ilin aprelində isə İran İslam Respublikasının
Ərdəbil şəhərində keçirilən 1-ci Fəcr beynəlxalq
turnirində 34 kq çəki dərəcəsində I yerə layiq görülüb.
O, 2012-ci ildə də İranın Ərdəbil şəhərində təşkil
olunan 2-ci Fəcr beynəlxalq turnirində I yeri tutaraq
qızıl medal qazanıb.
Onun ən böyük uğuru 2013-cü ilin mayında Ukraynanın
Odessa şəhərində 10-12 yaşlı yeniyetmələr arasında cüdo
üzrə IX Beynəlxalq Avropa turnirində iştirak etməsidir.
16 ölkədən 800-dən çox idmançının 9 çəki dərəcəsində
mübarizə apardığı bu yarışda Məhəmməd 34 kq çəki
dərəcəsində I yeri qazanaraq qızıl medalın və Avropa
kubokunun sahibi olub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |